BDU-da “Milli-mənəvi dəyərlər” mövzusunda tədbir

29/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər” mövzusunda onlayn tədbir keçirilib.

Hüquq fakültəsinin dekanı Əmir Əliyev milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyini vurğulayıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edərək cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolunu yüksək qiymətləndirib.

Daha sonra Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Məleykə Bayramova, Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənovanın mövzu ilə bağlı məruzələri dinlənilib.

Məruzələrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü Azərbaycançılıq ideologiyasının həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olduğunu diqqətə çatdırıblar.

Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin moderatorluğu ilə keçirilən tədbirdə hər iki fakültənin tələbələri - Siyavuş Bağırov, Səma Qasımova, Nərminə Xanəliyeva və Laləzar Sərxanova ölkəmizdə milli-mənəvi dəyərlərə bağlı məruzə ilə bağlı çıxış ediblər.

Tələbələr çıxışlarında ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gənclərinin də əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdə olduğunu, ölkəmizdə bu sahədə görülən işlər və milli-mənəvi dəyərlərin qorunmasına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğının önəmi vurğulayıblar. Çıxışlarda gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edilib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu qiymətləndirilib.



Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024