BDU-da mineral xammal ehtiyatlarının proqnozlaşdırılmasına dair Respublika elmi konfransı keçirilib

02/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda Respublika elmi konfransı keçirilib.

Konfransın keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin proqnozloşdırlması ilə bağlı tədqiqat işlərinin nəticələrini müzakirə etməkdir.

Konfransda qara və əlvan (o cümlədən nəcib) metal filizlərinin ehtiyatı, yataqların kəşfiyyatı, istismara cəlb olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində proqnozlar müzakirə olunub. Həmçinin, mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yer təkinin öyrənilməsinə dair müzakirələr aparılıb.

Konfransı giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov Ümummilli Lider Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətindən, onun Azərbaycanın inkişafı üçün gördüyü işlərdən bəhs edib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov elmi konfransın mahiyyətindən danışıb, ölkəmizdə elmin inkişafının son dövrlər innovativ metodların tətbiqi ilə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin Azərbaycan elminə olan qayğısı ölkəmizin daha sürətlə inkişafına təkan verib.

Daha sonra konfransda Ümumi və tarixi geologiya kafedrasının dosenti Ələddin Məmmədəlizadənin ”Qobustan geoloji rayonunun alt və orta miosen çöküntülərinin stratiqrafiyası”, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynovanın “Şərqi Zəngəzur iqtisadi rayonunun mineral-termal sularının formalaşma qanunauyğunluqları və istifadə perspektivliyi”, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının doktorantı Ülviyyə Yüzbaşovanın “Skapolit  tip quruluşlu  mineralların  kristallokimyəvi xüsusiyyətləri ” mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini 4 bölmə iclasında davam etdirib, ümumilkdə 150-dək tezis və məqalə dinlənilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024