BDU-da Mirzə Ələkbər Sabirin 160 illik yubileyi qeyd olunub

26/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş “Sabir gecəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və şairin nəvəsi - BDU-nun Bitki fiziologiyası kafedrasının dosenti, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli iştirak edib.

Əvvəlcə şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatı və ədəbi dilinin tarixində tutduğu önəmli yeri barədə ətraflı məlumat verilib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Mirzə Ələkbər Sabirin keşməkeşli ömür yolu, satirik şeirin inkişafında rolu və ədibin irsinin öyrənilməsi sahəsində görülən işlər haqqında danışıb. Natiq qeyd edib ki, Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabir türk-müsəlman dünyasında bu janrın qüdrətli təmsilçisi kimi tanınır. Ədəbiyyatımızda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış maarifçi-şair bədii fikirdə humanizm, demokratik ideyalar, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. Onun yaradıcılığı xalqın həyatı ilə sıx şəkildə bağlıdır və ədəbi irsini bu kontekstdən kənarda araşdırmaq mümkün deyil.

Böyük şairin nəvəsi - BDU-nun Bitki fiziologiyası kafedrasının dosenti, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli görkəmli sənətkarın irsinin öyrənilməsinə və təbliği işinə göstərilən diqqətə görə fakültə rəhbərliyinə təşəkkür edib. Bildirib ki, Mirzə Ələkbər Sabiri yaşadan təkcə ailəsinin sevgisi yox, eləcə də xalqın məhəbbəti və dəyəridir.

Tədbirdə Mirzə Ələkbər Sabirin həyatından bəhs edən videoçarx və şair haqqında görkəmli şəxsiyyətlərin fikirlərini əks etdirən təqdimat göstərilib, həmçinin tələbələrin ifasında ədibin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub, şairin satiralarından nümunələr səsləndirilib.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024