BDU-da “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı tədbir keçirilib

21/11/2022

Bakı Dövlət Universitetində (BDU) Hüquq, Sosial elmlər və psixologiya fakültələrinin Tələbə-Gənclər təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən fakültə TGT sədrləri Nihad Rəhimli və Səbinə Mustafayeva  ali təhsil müəssisələrində müxtəlif sosial problemlər üzrə maarifləndirmə işlərinin aparılmasının önəmini qeyd ediblər. Daha sonra məişət zorakılığının başvermə səbəbləri, hüquqi və kliniki tərəfləri izah olunub. Məişət zorakılığına qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər irəli sürülüb. Qeyd olunub ki, məişət zorakılığının qarşısının alınması məqsədilə müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquqi biliklərinin və dövlət qurumların işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verir.

Sonda tədbir iştirakçıları tərəfindən geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.


Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026