BDU-da əmək bazarında yeni çağırışlara dair “workshop”

27/05/2025

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və məzunlarla iş Mərkəzi və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə “Əmək bazarında yeni çağırışlar” adlı “workshop” keçirilib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının aparıcı mütəxəssisi Sura Əzizli əmək bazarındakı müasir tendensiyalar, yeni çağırışlar, gənclərin məşğulluq imkanları və bu istiqamətdə dövlətin həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Həmçinin əmək bazarının dəyişən strukturu, rəqəmsallaşma və texnologiyanın təsiri ilə formalaşan yeni ixtisaslar, bu sahədə aparılan islahatlar barədə danışıb.

İnfosessiyada gənclərin əmək bazarına uğurla daxil ola bilmələri üçün zəruri olan bacarıqlar, təcrübə proqramları, könüllülük fəaliyyəti və karyera planlamasının vacibliyi vurğulanıb.

Sessiyanın sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026