BDU-da “Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim

27/05/2025

Bakı Dövlət Universiteti (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq müqaviləsi çərçivəsində “Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi tələbə və gənclərin əmək hüquqları sahəsində məlumatlılığının artırılması, onların əmək münasibətlərində hüquqi biliklərlə təmin olunması və peşəkar əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya olunmalarına dəstək göstərməkdir.  Tədbir BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.

Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət və normativ hüquqi aktlarla iş şöbəsinin müdir müavini Günel Baxşiyeva iştirakçılara əmək qanunvericiliyinin əsas prinsipləri, işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələr, əmək müqavilələrinin bağlanması və ləğv olunması prosedurları, iş şəraiti, sosial müdafiə mexanizmləri və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Təlim interaktiv formatda təşkil olunub və iştirakçılar müzakirələrə qoşularaq, onları maraqlandıran sualları ünvanlayıblar. Tədbir iştirakçıların bilik və təcrübələrinin artırılmasına töhfə verməklə yanaşı, onların əmək münasibətlərində hüquqlarını daha yaxşı tanımalarına şərait yaradıb.

 

 

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026