BDU-da Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş

19/05/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Televiziyasının “Mədəniyyət” kanalının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib. BDU-nun redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan tədbir barədə məlumat verərək bildirib ki, bu cür görüşlərin keçirilməsi tələbələrin vətənpərvərlik ruhunun, mütaliə mədəniyyətinin, estetik zövqünün formalaşmasında və eləcə də onların sosial fəallıqlarının artmasında mühüm rol oynayır. Knyaz Aslan tanınmış şair Qəşəm Nəcəfzadənin çağdaş ədəbiyyatımızdakı rolundan bəhs edib. Bildirib ki, Qəşəm Nəcəfzadə ədəbiyyatımızda istedadlı şair, publisist kimi imzasını təsdiqləyib: “Qəşəm Nəcəfzadə, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri və “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri kimi də səmərəli fəaliyyət göstərir. O, həmçinin Azərbaycan ədəbiyyatını beynəlxalq poeziya festivallarında layiqincə təmsil edir”.

Diskussiya şəraitində keçirilən görüşdə müəllifin və tələbələrin ifasında şeirlər səsləndirilib, qonağa çoxsaylı suallar ünvanlanıb. Görüşün təşkilinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirən Qəşəm Nəcəfzadə vurğulayıb ki, o qalib ölkənin yazarı olduğu üçün bu günlər xüsusilə qürurludur: “Vaxtilə torpaqlarımız işğal olunanda ağrı-acı dolu şeirlər yazmışdım. Şükürlər olsun ki, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu və mən gedib Şuşada qələbə şeirimi oxudum”.

İştirakçıların böyük marağına səbəb olan görüşün sonunda şair Qəşəm Nəcəfzadə imzalı kitablarını tələbələrə hədiyyə edib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026