BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

13/03/2026

Bakı Dövlət Universitetində (BDU) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) “Karyera görüşləri” adlı tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd Universitetin tələbə və məzunlarını Xidmətdə mövcud olan karyera imkanları, vakansiyalar və təcrübə proqramları haqqında məlumatlandırmaq, onların dövlət sektorunda peşəkar fəaliyyətə marağını artırmaq olub.

BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti, tələbə və məzunlara yönəlmiş xidmətləri, işəgötürənlərlə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

ƏMDX Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Hüsaməddin Əlizadə, həmin şöbənin Təlim, inkişaf və qiymətləndirmə sektorunun müdiri Şəmistan Şəmistanzadə tədbir iştirakçılarını Xidmətin tarixi, yaranma mərhələləri və əsas fəaliyyət istiqamətləri ilə tanış ediblər. Təqdimatda Xidmətin strukturuna daxil olan qurumlar, həyata keçirdiyi layihələr, müxtəlif ali təhsil müəssisələri ilə qurduğu əməkdaşlıq əlaqələri, rəsmi sosial şəbəkə hesabları, tələbə və məzunlara yönəlmiş təcrübə və könüllülük fəaliyyətləri öz əksini tapıb.

Tədbirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə və məzunlar üçün nəzərdə tutulan yeni təcrübə proqramları və iştirak imkanları da diqqətə çatdırılıb. Bildirilib ki, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Geodeziya mühəndisliyi”, “Ekologiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq” və “Aqromühəndislik” kimi ixtisaslar üzrə təhsil alan tələbələr qeyd olunan təcrübə proqramında iştirak edə bilərlər.

Tədbir tələbə və məzunların dövlət qurumlarında karyera qurmaq imkanlarını yaxından tanımalarına və peşəkar inkişaf perspektivləri barədə dolğun təsəvvür əldə etmələrinə şərait yaradıb. Tədbir çərçivəsində iştirakçılar Xidmətin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran sualları ünvanlamaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026