BDU-da “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” başlayır

26/09/2022

Sentyabrın 28-30-da Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” (http://ddays2022.bsu.edu.az/#home)  adlı beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın məqsədi mürəkkəb və qeyri-xətti sistemlər fizikasında az öyrənilmiş bəzi məsələləri, son nailiyyətləri və gələcək inkişaf perspektivlərini təqdim və müzakirə etməkdir.

Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə 2013-cü ildə Səmərqənddə (Özbəkistan) keçirilib.

Beynəlxalq konfrans Mərkəzi Asiya, Qafqaz və digər inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarının Avropa, ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin alimləri ilə əməkdaşlığının qurulmasına dəstək verəcək.

Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edəcək.

Bir çox ölkələrdən olan tanınmış alim-mütəxəssislərin iştirak etdiyi konfransda Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Giulio Kasati (Insubria Universiteti, İtaliya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) digərlərinin məruzələri nəzərdə tutulub.

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026