BDU-da “Müsahibə etiketi” mövzusunda təlim keçirilib

20/12/2021

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, magistr və doktorantlar üçün “Müsahibə etiketi” mövzusunda təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri Günay Rəhimova tələbələrə CV-nin tərtib olunması, müsahibə zamanı davranış qaydaları, nitq mədəniyyəti, bədən dili və digər etiket qaydaları haqqında geniş məlumat verib.

Təlim diskussiya şəklində davam edib və iştirakçıların real ictimai həyatda rastlaşacaqları müəyyən situasiyalar, onlardan çıxış yolları interaktiv səkildə müzakirə edilib. 2 saat davam edən təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Gənc diplomatlar XİN ilə fakültə arasında bu cür maarifləndirici təlimlərin mütəmadi olaraq keçirilməsini təklif edib.

Təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026