BDU-da Şəmsəddin Küzəçinin “İraq mətbuat tarixi 150-ci ilində” kitabının təqdimatı olub

17/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Dünya Jurnalistlər Dərnəyi, Kərkük Mədəniyyət Mərkəzi və İraq-Türkmən Mətbuat Şurasının qurucusu və rəhbəri Dr. Şəmsəddin Küzəçinin “İraq mətbuat tarixi 150-ci ilində” kitabının təqdimatı keçirilib.

Tədbirin moderatoru, fakültənin dekan müavini Samir Mirzəyev Şəmsəddin Küzəçinin həyat və yaradıcılığı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Şəmsəddin Küzəçi 150-yə yaxın kitabın müəllifidir. Onun sonuncu kitabı 2021-ci ildə çap etdirdiyi “İraq mətbuat tarixi 150-ci ilində”dir.

Sonra söz qonağa verilib. Şəmsəddin Küzəçi “İraq mətbuat tarixi (1869-2019)”, “İraqda krallıq dovründə informasiya siyasəti(1921-1958)”, “Cumhuriyyət və BƏƏS Partiyası dövründə kütləvi kommunikasiya(1958-2003)”, “İşğaldan sonrakı dövrdə kütləvi kommunikasiya və mətbuat azadlığı( 2003-2019)” kitabları haqqında professor-müəllim heyəti və tələbələrə məlumat verib.

Qonaq İraqda ilk radio, televiziya kanallarının və qəzetlərin yaranması tarixi ilə bağlı geniş məruzə edib. Şəmsəddin Küzəçi "İraq mətbuat tarixi 150-ci ilində" kitabını fakültə dekanı Vüqar Əliyevə təqdim edib. Qeyd olunub ki, kitab İraqın, həmçinin türkmən xalqının milli mətbuat tarixini əhatə edir.

Görüşdə Əməkdar elm xadimi, folklorşünas Qəzənfər Paşayev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi, siyasi elmlər doktoru Sabir Məmmədli, Ərəb filologiyası kafedrasının müəllimi Heybət Heybətov Şəmsəddin Küzəçinin kitabları ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonda Jurnalistika fakültəsinin bir qrup müəllimi Dünya Jurnalistlər Dərnəyinin diplomuna layiq görülüb və dərnəyin fəxri üzvlüyünə qəbul ediliblər.

 

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025