BDU-da “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib

16/11/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsidə “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov müasir dövrümüzdə elm, din və təhsil sahəsində olan islahatlardan danışıb. Prezident İlham Əliyevin bu sahələrin inkişafı məqsədilə verdiyi sərəncamların əhəmiyyətini xüsusilə qeyd edən rektor ilahiyyat elmini tədris edən müəssisələrdə inkişaf metodunun yaxşılaşdırma yollarından da bəhs edib. Bildirib ki, dini elmi müstəvidə anlamaq çox mühümdür və nəinki dinə, həmçinin bütün sahələrə elmi tərəfdən yanaşmaq lazımdır. Rektor, həmçinin ilahiyyat fakültəsində aparılan işlərdən, tədrisin keyfiyyətindən danışıb. Qeyd edib ki, fakültədə tədqiqat laboratoriyaları açılır ki, bu da gələcəkdə ilahiyyat elminin orta məktəblərdə də  düzgün təbliğ edilməsinə yol açacaq.

Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edərək BDU-da aparılan yenidənqurma işlərinin şahidi olduğunu və BDU-nun Azərbaycan təhsilinin flaqmanı olduğunu qeyd edib. Azərbaycanda islam dinini düzgün bilən, elmi dildə mübarizə aparmağı bacaran professional teoloq kadrlara ehtiyacın böyük olduğunu bildirın Hidayət Orucov BDU-nun ilahiyyat fakültəsinin bu ehtiyacı ödəmək üçün çox böyük işlər gördüyünü söyləyib.

Sonra Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev çıxış edərək fakültənin tarixindən qisa məlumat verib. Qeyd edib ki, dini alimlərin elmi dərəcədə hazırlanması Bakı Dövlət Universiteti tərəfindən tam reallaşdırılır.

Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və dini təhsil” mövzusunda məruzə ilə çıxış edib, məzunu olduğu BDU-nun İlahiyyat fakültəsi ilə bağlı təəsüratlarını bölüşüb.

Mətbuat və İnformasiya şöbəsi, 16 noyabr, 2011-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024