BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

17/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi Zəfərinin beşinci ildönümünə və 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə sədri Ülvi Ağaliyev Azərbaycanın müstəqilliyinin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və fədakarlığının nəticəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf edərək regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.

BDU-nun Hüquq sektorunun hüquqşünası İsmət Bayramov Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının tarixi əhəmiyyətinə dair məruzə ilə çıxış edib. O, müstəqilliyimizin bərpa olunması prosesindən və bu tarixi qərarın xalqımızın taleyində oynadığı mühüm roldan danışıb. İsmət Bayramov vurğulayıb ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində hüquqi, siyasi və mənəvi əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyev məktəbi misilsiz rol oynayıb. Məruzədə Azərbaycanın son illərdə beynəlxalq arenada artan nüfuzu, siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər barədə də məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər müstəqil Azərbaycanın gücünü, milli birliyini və dövlət başçısının uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Azərbaycanın müstəqillik tarixi, dövlət atributlarının mənəvi dəyəri və müasir dövrdə gənclərin dövlətçilik prosesində rolu barədə fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”
17/10/2025

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib
17/10/2025

BDU-da Həkəri çayının modelləşdirilməsinə dair elmi seminar

BDU-da Həkəri çayının modelləşdirilməsinə dair elmi seminar
17/10/2025