BDU-da “Müstəqilliyin səsi, suverenliyin zəfəri” adlı dəyirmi masa

19/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Müstəqilliyin səsi, suverenliyin zəfəri” adlı dəyirmi masa keçirilib.

Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev 20 Sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın azadlıq arzularının rəmzi olduğunu deyib. O qeyd edib ki, müstəqillik uğrunda aparılan mübarizə Azərbaycan gənclərinin milli şüurunun formalaşmasında mühüm rol oynayıb və bu gün həmin dəyərlərin qorunması hər bir gəncin borcudur.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov dövlət suverenliyinin milli dövlətçilik tariximizdə xüsusi yer tutduğunu bildirib. Azərbaycan xalqının tarixi yaddaşında müstəqillik ideyalarının daim yaşadığını və bu ideyaların Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrdə daha da möhkəmləndiyini qeyd edib.

Geologiya fakültəsinin IV kurs tələbəsi Aysu Mehtiyeva qalib ölkə gənclərinin üzərinə düşən tarixi missiyadan danışıb. O, gənclərin suverenlik dəyərlərini qorumaq, onları gələcək nəsillərə ötürmək və müstəqilliyi daha da gücləndirmək öhdəliyinin önəmindən söz açıb.

Dəyirmi masa bədii hissə və Vətən müharibəsindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026