BDU-da “İmtahana hazırlıq prosesi” adlı vebinar

10/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Fizika fakültəsində “İmtahana hazırlıq prosesi” adlı onlayn vebinar keçirilib.

Vebinarın keçirlməsində əsas məqsəd tələbələrə onlayn psixoloji dəstəyin göstərilməsi və imtahan prosesində bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır.

Moderator, Fizika fakültəsi TGT sədr müavini Musayeva Nəzrin imtahan sessiyasında tələbələrə uğurlar arzulayıb, vebinarın mövzusu haqqında tələbələrə ümumi məlumat verib.

Psixoloq Ayşən Orucova imtahan hazırlığı prosesi haqqında çıxış edib, tələbələrə stress və həyəcanı dəf etməyə, streslərdən mühafizə olunmağa, imtahana hazırlıq və imtahan zamanı müvəffəqiyyət qazanmağa, orqanizmin fiziki, psixoloji gücünü daha da artırmağa kömək edə bilən nüanslardan danışıb. İmtahan zamanı həyəcanı azaltmaq üçün tələbələrə meditasiya üsullarını izah edib.

Sonda tələbələrin imtahan vaxtı həyəcanın idarə olunması metodları barədə ətraflı məlumat verən psixoloq onların suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026