BDU-da “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs

16/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan jurnalistikası tarixi” fənni üzrə II kurs tələbələri tərəfindən hazırlanmış “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçirilib. “Milli mətbuat tarixi” auditoriyasında təşkil edilən açıq dərs “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransın sonuncu günündə Türkiyənin Üsküdar və Ankara universitetlərinin professor-müəllim heyətinin iştirakı ilə keçirilib.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev milli mətbuat ənənələrinin öyrənilməsinin gənc jurnalistlərin yetişməsində mühüm rola malik olduğunu bildirib. Beynəlxalq konfrans çərçivəsində keçirilən bu dərs həm də Türkiyədən olan alimlərə milli mətbuat tariximiz haqqında geniş informasiya vermək baxımından böyük əhəmiyyətə malikdir.

Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb. 1875-1920-ci illər ərzində fəaliyyət göstərən 50-yə yaxın anadilli mətbu orqanın milli mətbuatın inkişaf yolunun göstəricisi olduğunu deyib.

Daha sonra tələbələr - Elmira Ağayeva, Türkanə Məşədiyeva, Günel Verdiyeva, Aytən Atakişiyeva, Nəzrin Alıyeva, Nərgiz Orucova, Nəzakət Sadıqova, Türkan Kərimli, Rahidə Nağıyeva, Ayhan Ağarzayev və Mahmud Əskərli mətbuatımızın keçdiyi inkişaf yolu və tanınmış publisistlərin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli milli mətbuatımızın incilərini özündə əks etdirən belə tələbə tədqiqatlarının təqdim edildiyi dərsin yubiley ilinə ən böyük töhfələrdən olduğunu vurğulayıb. Bildirib ki, bu gün BDU-nun Jurnalistika fakültəsi yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən peşəkar jurnalist məktəbi rolunu oynayan əsas ali təhsil ocağıdır: “Fakültəmiz üzərinə düşən bu müqəddəs missiyanı yarım əsrdən çoxdur yerinə yetirir. Bu ənənə bundan sonra da davam etdiriləcək”.

Sonda qonaqlara fakültə tələbələrinin hazırladığı “Günəbaxan” jurnalı təqdim edilib.

 

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025