BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib

22/04/2022

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya, Hüquq fakültələri və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov 1995-ci ildən UNESCO-nun çağırışı əsasında 100-dən çox ölkədə milyonlarla insanın iştirakı ilə qeyd edilən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmiz 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulub. Həmçinin ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb.

Elmi seminarda Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Azər Səfərov “Universitetlərdə əqli mülkiyyət siyasəti, elmi-tədqiqat fəaliyyəti və ya Silikon Vadisini neçə keçməli?”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü - kitab və mütaliəyə qapı”, Elmi Kitabxananın direktoru Nigar İsmayılova “Elektron kitabxanalarda müəlliflik hüququ problemləri” mövzularında məruzə ediblər. Məruzələrdə bu sahədə olan dünya təcrübəsi geniş şəkildə şərh olunub. Ölkəmizdə müəlliflik hüquqlarının təmin olunması sahəsində, eyni zamanda kitab mədəniyyətinin, kitabxana-informasiya fəaliyyətinin, nəşriyyat sektorunun və kitab ticarətinin inkişafında dövlət siyasətinin rolu vurğulanıb.

Məruzələrlə bağlı Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Rahim Məmmədov və Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov çıxış edərək Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən, eyni zamanda məruzələrdə qoyulan mövzuların aktuallığından bəhs ediblər.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025