BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

28/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsi tərəfindən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə “Sağlam psixososial iş mühitin yaradılmasını təmin edək” mövzusunda dəyirmi masa təşkil edilib.

BDU-nun Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev Ümumdünya Əməyin Mühafizəsi Gününün iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü il aprelin 28-də elan edildiyini bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri layiqli əməyin təminatı, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsidir. O, Beynəlxalq Əmək Təşkilatının qlobal çağırışları və Azərbaycanın bu istiqamətdə atdığı addımları xatırladaraq, dünyada istehsalat qəzaları və peşə xəstəliyinə görə baş verən bədbəxt hadisələrin statistikasını təhlil edib.

BDU-nun Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri Ruslan Şəmiyev isə qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit edilib. 1999-cu ildə isə Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib. Məcəllədə əməyin mühafizəsi normaları, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələləri əhatə olunub. Ruslan Şəmiyev BDU-da əmək hüquqlarının qorunması və əməyin mühafizəsi istiqamətində görülən təkmilləşdirmə işləri haqqında da iştirakçıları məlumatlandırıb.

Daha sonra Hüquq fakültəsinin dekan müavini, Əmək və ekologiya hüququ kafedrasının müəllimi Nərmin Həsənli, BDU-nun Psixoloji yardım sektorunun əməkdaşı, psixoloq İlkanə Mənsumova iş prosesində bu sahədə qarşıya çıxan əsas hüquqi və psixoloji problemlər, onların həlli yolları barədə təqdimatla çıxış ediblər.

Sonda mövzu ətrafında diskussiya aparılıb.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026