BDU-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illik yubileyinə həsr olunmuş dəyirmi masa

08/12/2023

Bakı Dövlət Universitetində (BDU) Vəkillər Kollegiyası Akademiyasının və SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və insan hüquqlarına müasir yanaşmalar" adlı dəyirmi masa keçirilib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75 illik yubileyinə həsr olunmuş tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Eldar Qocayev beynəlxalq insan hüquqları sahəsində müstəsna əhəmiyyət kəsb edən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müvafiq normaları, tarixi əhəmiyyəti, bu sahədə görülən işlərdən söz açıb. Bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərən SABAH qruplarının bu cür tədbirləri təşkil etməsi müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində atılan addımlardandır.

Vəkillər Kollegiyasının Akademiyasının rektoru, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev beynəlxalq hüququn tənzimlənməsi, təşkili və qorunması məsələlərinə toxunub. Həmçinin Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları ilə bağlı fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğunu qeyd edib.

Sonra Azərbaycan Vəkillər Kollegiyası Akademiyasının Vəkillərin ixtisas komissiyasının sədri, hüquq elmləri doktoru, professor Turqay Hüseynov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov, Azərbaycan Vəkillər Kollegiyasının Baş Katibi Bayram Orucov, hüquq üzrə fəlsəfə doktoru, dosent Vəfaəddin İbayev, BDU-nun SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova, Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru Midhəd Qəfərov, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Əlizadə Məmmədov, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşı Sona Xəlilli çıxışlarında Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəliklərin BMT-yə üzv olan dövlətlərin, o cümlədən Azərbaycan qanunvericiliyinə tətbiqi məsələlərinə toxunublar.

Dəyirmi masa tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024