BDU-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı tədbir təşkil edilib

07/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı onlayn tədbir keçirilib. Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar iştirak edib.

Tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri Akif Ağbabalı, Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimov çıxış ediblər. Çıxışlarda ətraf mühitin mühafizəsi, xüsusi qorunan təbiət əraziləri və biosfer qoruqları haqqında məlumat verilib. Qeyd edilib ki, bu il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün “Ekosistemin bərpası” mövzusuna həsr edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026