BDU-da “Ümumi dilçilik oçerkləri” kitabının təqdimatı keçirilib

12/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov və həmin kafedranın doktorantı Səmra Həsənzadənin həmmüəllifi olduğu “Ümumi dilçilik oçerkləri” kitabının təqdimatı keçirilib. Təqdimatda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev, Ümumi dilçilik kafedranın dosenti Cavanşir Muradov, Azərbaycan dilçiliyi kafedrasının dosentləri İsmayıl Məmmədov, Fikrət Əlizadə və Fikrət Şiriyev, İngilis dili kafedrasının (təbiət fakültələri üzrə) müdiri, professor Abbas Abbasov, İngilis dili kafedrasının (humanitar fakültələr üzrə) müdiri, dosent Bəylər Hacıyev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov və Türkologiya kafedrasının doktorantı Məleykə Mirzəli çıxış edərək, gənc həmmüəlliflərin qələminin məhsulu olan kitabın elmi dəyəri və tədris baxımından əhəmiyyətindən, xüsusilə tələbələr üçün vacib mənbə olmasından söz açıb, Universitetdə ümumi dilçilik akademik məktəbinin ənənələrinin uğurla davam etdirilməsində gənc nəslin nümunəvi elmi fəaliyyətini yüksək qiymətləndiriblər.

Təqdimatda elmi fəaliyyətlə məşğul olan tələbələr də kitabla bağlı öz fikirlərini bölüşüblər. Sonda kitab müəllifləri yeni nəşrin ərsəyə gəlməsi haqqında məlumat verib, tədbirin təşkilinə görə fakültə rəhbərliyinə və iştirakçılara öz təşəkkürlərini bildiriblər.

 

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025