BDU-da tələbələrin ifasında "Ölülər" tamaşası nümayiş olunub

25/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi tələbələrin ifasında "Ölülər" tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, işıq rejissoru Məsud Qurbanov, səs rejissoru Arif Əliyevdir. Tamaşada BDU tələbələri Eltac Abbasov, Hüseyn Cabbarlı, Nuran Atakişiyev, İsmayıl İsmayılov, Kənan Neymətzadə, Ayaz Zeynalzadə, Nərmin Zeynalova, Ülviyyə Orucova, Tural Behbudov, Aydın Məmmədzadə, Yunis Yusif, Ramazan Abdulkərimov, Varis Əhmədli, Aytac Qədirzadə, Mirəli Məmmədzadə, Selcan İbrahimova, Murad Qəmbərov, Rəna Əsədova, Zülfüqar Muxtarlı, Fidan Sultanova, Elşad Əhmədov rol alıblar.

1909-cu ildə yazılan, dörd məclis və beş pərdədən ibarət “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda səhnələşdirilib. Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük uğur qazanıb.

Xəbərlər

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
13/05/2026

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
13/05/2026

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
13/05/2026