BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir trendlər” adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcək

21/09/2023

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Milli Nüvə Fizikası İnstitutu (İtaliya), COMSATS Universiteti (Pakistan), Lahor Universiteti (Pakistan), Orta Doğu Texnik Universiteti (Türkiyə), Ankara Universiteti (Türkiyə), Qazi Universiteti (Türkiyə), Sivas Cümhuriyyət Universiteti (Türkiyə), Delaver Universitetinin (ABŞ) birgə əməkdaşlığı ilə 2023-cü il 30 noyabr - 01 dekabr tarixlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olumuş “Fizikada müasir trendlər”adlı VIII Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi fizika sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ istiqamətləri müəyyənləşdirmək, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

 

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Nəzəri və yüksək enerjilər fizikası;
  2. Biofizika;
  3. Kodensə olunmuş hal fizikası;
  4. Materialşünaslıq və maddə mühəndisliyi;
  5. Kosmos elmləri və astrofizika.

 

Tezislərin təqdim edilməsi üçün son tarix: 3 Noyabr 2023-cü il

Konfransın işçi dili: İngilis dili

 

Tezislər onlayn olaraq aşağıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://mtp2023.bsu.edu.az/

 

Tələblər:

-        Konfransın Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə və qoyulan tələblərə, eləcə də, tərtib olunma qaydalarına uyğun tezisləri nəzərdən keçirəcəkdir;

-        Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.

 

Tezislərin tərtib olunma qaydaları:

-        Tezis ingilis dilində təqdim olunmalıdır;

-        Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır);

-        Tezisin adı: böyük hərflərlə, qalın şrift, şriftin ölçüsü 14, şrift Calibri

-        Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri

-        Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

-        Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri

 

Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1.0; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.

İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])

Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)

 

Yalnız qəbul olunmuş tezislər dərc olunacaqdır.

 

Konfransın keçiriləcəyi yer və əlaqə:

Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.

Tel: (+994 12) 538 72 17

Mob: (+99450) 353 61 31 WhatsApp)

E-poçt: mtp@bsu.edu.az

Sayt: http://mtp2023.bsu.edu.az/

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024