BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsinin qalibləri seçilib

14/04/2023

Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş  BDU tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsinin qalibləri seçilib.

Aprelin 13-də müsabiqənin final mərhələsinə keçən tələbələrin rəsm və bədii qiraət nominasiyaları üzrə baxışı keçirilib. Final mərhələsini giriş sözü ilə açan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru Akif Səmədov qeyd edib ki, müsabiqənin məqsədi Ümummilli Liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənmək, BDU tələbələrində milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət aşılamaqdır.

Rəsm müsabiqəsində Kimya fakültəsinin tələbəsi Səbinə İbrahimxəlilova I yer, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Səbinə Şirinova II yer, Fizika fakültəsinin tələbəsi İlqarə Mirzəyeva isə III yerin qalibi olub. Fizika və Jurnalistika  fakültəsinin tələbələri isə fərqlənmə diplomları ilə təltif ediliblər.

Bədii qiraət janrı üzrə müsabiqənin finalçılarından Jurnalistika fakültəsinin magistr tələbəsi Hüseyn Cabbarlı I, Filologiya fakültəsinin tələbəsi Fidan Mədətova II, Şərqşünaslıq fakültəsinin tələbəsi Eltac Abbasov isə III yerə layiq görülüb. Müsabiqənin finalçılarından 5 tələbə isə uğurlu çıxışına görə fərqlənmə diplomları ilə təltif olunub.

Hər iki nominasiya üzrə I yer üçün 500, II yer üçün 300, III yer üçün isə 200 manat pul mükafatı verilib.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025