BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elmə aparan yol” adlı elmi-praktiki seminar keçirilib

11/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin və BDU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika, Kimya və Mexanika-riyaziyyat fakültələrinin tələbələri və gənc tədqiqatçıları üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elmə aparan yol” adlı elmi-praktiki seminar keçirilib.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə “təhsil - elm - istehsalat” formatında fəaliyyətin qurulması, tələbələrdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, istedadlı tələbələrin seçilməsidir.  
Daha sonra Fizika, Kimya və Mexanika-riyaziyyat fakültələrinin dekanları Bəxtiyar Paşayev, Fuad Kərimli və Ziyatxan Əliyev çıxış edərək belə praktiki seminarların tələbələrin ixtisas üzrə biliklərinin artırılmasında və elmi-tədqiqat işlərinə cəlb edilməsində əhəmiyyətini vurğulayıblar.
Seminar tələbələrin müxtəlif mövzular üzrə təqdimatları ilə davam edib.
Fizika fakültəsinin tələbələrindən ibarət "FALCON TECH" komandası tərəfindən "Tesla Bobini" vasitəsilə elektrik enerjisinin naqilsiz ötürülməsi, qapalı qablarda su səviyyəsinin hündürlüyünün müəyyən edilməsi və kritik anlarda xəbərdarlıq sisteminin işlədilməsi, Morze əlifbasının köməyi ilə xəbərləşmə sisteminin hazırlanması nəzəri və təcrübi olaraq seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Mexanika-riyaziyyat fakültəsinin “QALUA” və “NYUTON” komandaları verilmiş vaxt ərzində müxtəlif tipli məntiqi məsələlərin həlli üzrə yarış keçiriblər. Müsabiqədə “NYUTON” komandası qalib gəlib.
Kimya fakültəsinin tələbələri “Ovucda partlayış”, “Sehrli çubuq”, “Buqələmun”, “Fildişi pastası”, “Soyuq alov” və “Köpük” adlı müxtəlif kimyəvi reaksiyaları nümayiş etdiriblər.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024