BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsinin nəticələri açıqlanıb

12/05/2023

BDU əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ULU ÖNDƏR - MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU” adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqədə BDU-nun 24 alimi iştirak edib. Təqdim olunmuş məqalələr Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Məhəmməd Məhərrəmov “Heydər Əliyev - dövlətçilik məktəbi” məqaləsi ilə I, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyli “Гейдар Алиев был отцом нации и общенациональным лидером, а Ильхам Алиев – наше настоящее и будущее” məqaləsi ilə II, Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev “Azərbaycan elminin yüksəlişində Heydər Əliyev dühasının rolu – Heydər Əliyevin xaricdə təhsil strategiyası” məqaləsi ilə III yerə layiq görülüblər.
Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, kafedranın professoru Elnarə Şəfiyevanın “Heydər Əliyev şəxsiyyətinin dahiliyi mənəvi irs kimi”, Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ramil Bayramovun “Türk xalqları arasında mənəvi və mədəni əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu”, Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Əziz Əlibəylinin “Bir əsrin əsəri – 100 ilin şəxsiyyəti” məqalələri həvəsləndirici yerlərə layiq bilinib.
Qalib gəlmiş əməkdaşlar diplom, pul mükafatı və hədiyyələrlə təltif ediliblər. Qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Qalibləri təbrik edirik!








Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024