BDU-da "Ümummilli liderimiz və Azərbaycanda multikulturalizm modeli" adlı tədbir keçirilib

22/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı(TGT)  və Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə "Ümummilli liderimiz və Azərbaycanda multikulturalizm modeli" adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib və Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov qeyd edib ki,  Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıb. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir.

BDU-nun Heydər Əliyev Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Afət Seyidzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Aygün Xəlilqızı, Kimya fakültəsinin TGT sədri Əli Qədirli, III kurs tələbəsi Aysel Məmmədova çıxışlarında Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixən sahib olduğu tolerantlıq ənənələrini və multikulturalizm dəyərlərini daha yüksək hüquqi və siyasi müstəviyə qaldırdığını qeyd ediblər. Çıxışlarda Azərbaycanda multikulturalizm ənənələrinin qorunması və güclənməsində Heydər Əliyev Fondunun xüsusi rol oynadığı vurğulanıb.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024