BDU-da Məzun günü

30/06/2015

Bakı Dövlət Universitetində Məzun günü keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını bildirib.

Bu il universiteti 4000-dək məzunün bitirdiyini, onlardan təxminən 400 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü bildirən rektor hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunlarının respublikada ən yüksək göstəricilərə malik olduğunu qeyd edib, Bakı Dövlət Universitetinin dünyanın 20 min top universiteti arasında birinci 700-lükdə qərarlaşdığını diqqətə çatdırıb.

Rektor ölkəmizin tarixində mühüm hadisə olan Bakı-2015 Avropa oyunlarına da toxunub, mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən ölkə başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib. Avropanın 50 ölkəsi arasında idmançılarımızın medalların sayına görə 2-ci yeri tutduğunu, 21-i qızıl olmaqla 56 medal qazandığımızı diqqətə çatdırıb, oyunlarda fəallıq göstərən 3000 Bakı Dövlət Universiteti könüllüsünə bir daha təşəkkürünü çatdırıb.

Universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna dipomlar təqim edildikdən sonra rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.

Rektor və tələbələr üzərinə «Məzun-2015» yazılmış şarı havaya buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Mətbuat və informasiya şöbəsi, 30 iyun 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024