BDU-da Nailə Mirməmmədlinin xatirə gecəsi keçirilib

01/12/2021

Noyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə həsr olunmuş “Bu dünyada izim qalacaq” adlı xatirə gecəsi keçirilib. Tədbirdə bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb, sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Nailə Mirməmmədlinin BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin rəhbəri olduğu qısa müddətdə onun yaradıcı fəaliyyəliyyətindən bəhs edib. Rektor vurğulayıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi olan Nailə Mirməmmədli musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun özünəməxsusluğu ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Xalq şairi Baba Vəziroğlu Nailə Mirməmmədlinin keçdiyi yaradıcılıq yolundan danışıb, vətənpərvər insan kimi xatirələrini bölüşüb.

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova bəstəkar N. Mirməmmədlinin insani xüsusiyyətlərindən danışıb, 15 ildən çox birgə dostluq əlaqələrindən bəhs edib. Onu mükəmməl ailə başçısı kimi xatırlayıb.

Zaur Nəbioğlunun aparıcılığı ilə davam edən gecənin musiqili hissəsində Nailə Mirməmmədlinin əsərləri səsləndirilib. Xalq artisti Gülyanaq Məmmədova, Niyam Salami, Mətanət İsgəndərli, Nuriyyə Hüseynova,  Xasay Şıxıyev, BDU-nun Mədəniyyət-yaradıcılq Mərkəzinin solistləri - Könül Hüseynli, Rəqsanə Əsədova və tələbələr bəstəkarın musiqilərini səsləndiriblər.

Qeyd edək ki, Nailə Mirməmmədli 500-ə yaxın mahnının, xor aranjemanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və fənn proqramlarının, 30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsinin müəllifidir. Həmçinin hərbi-vətənpərvərlik mövzusunda, əsgərlərimiz, döyüşçülərimiz haqqında, Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş bir çox yaddaqalan gözəl əsərlər yaratmışdır.

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin ilk direktoru olmuşdur.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025