BDU-da nanohissəciklərin canlı aləmə təsiri müzakirə olunub

08/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Nanohissəciklərin bitki və heyvan orqanlarında hərəkəti, lokalizasiyası və eliminasiyası” mövzusunda elmi seminar keçirilib.

Seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Nanoaraşdırmalar Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi İsmət Əhmədov məruzə edib.

Məruzəçi müxtəlif nanohissəciklərin bitki və heyvan orqanlarında yerləşməsi və xaric olunması barədə məlumat verib. Qeyd edilib ki, nanohissəciklərin torpaqda yayılması, kök vasitəsilə və ya toxumlara nüfuz etməklə bitkilərin yerüstü orqanlarına, qida prosesində isə heyvanların orqanizminə düşməsi zəncirvari prosesdir. Bu prosesin hər sonrakı mərhələsində nanohissəciklərin miqdarı azalır. Əsas məsələlərdən biri də orqanizmə daxil olmuş nanohissəciklərin eliminasiyası, yəni xaric olunması məsələsidir. Tədqiqatların əsas məqsədlərindən biri də nanohissəciklərin təbiətdə yayılmasının canlı orqanizmlər və son nəticədə insanlar üçün nə qədər riskli olmasını müəyyən etməkdir. İsmət Əhmədov hazırda nanohissəciklərin tibb sahəsində uğurla tətbiq edildiyini, bu işlərin ərzaq istehsalında da öyrənilməsinin zəruriliyini nəzərə çatdırıb.

 


Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026