BDU-da nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivləri araşdırılır

25/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədovanın  həmmüəllifi olduğu “Efir yağları əsasında bio-kompozitin tədqiqi: ağız boşluğunun bakterial səthinin inqibə edilməsində molekulyar doking və in vitro analizləri“ (“Exploring essential-oil based bio-composite: molecular docking, and in vitro analysis for oral bacterial biofilm inhibition”) adlı məqalə “Web of Science” bazasında Q2  kvartilli jurnallar siyahısına daxil olan (IF: 4.8) “Frontiers in Chemistry” jurnalında dərc olunub.

https://www.frontiersin.org/articles/10.3389/fchem.2024.1383620/abstract

Ağız boşluğundakı bakterial biotəbəqələr antimikrob preparatlara qarşı müqavimətin inkişafının əsas səbəbidir. Bu da periodontit və gingivit də daxil olmaqla ağır xəstəliklərə səbəb ola bilər. İşdə efir yağları əsasındakı nanokompozitlərin bu xəstəliklərin müalicəsində perspektiv metod olduğu göstərilib. Məqalədə hil, mixək və darçın efir yağları əsasındakı nanokompozitlərin in vitro analizi əsasında ağız boşluğundakı bakterial infeksiyaların müalicəsində istifadə oluna biləcəyi qeyd olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026