BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

12/01/2026

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə əməkdaşlığı çərçivəsində “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimdə BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova nanotexnologiyaların elmi əsasları, bu sahənin yaranma tarixi və müasir inkişaf mərhələləri barədə məlumat verib. O, həmçinin nanotexnologiyaların tibb, mühəndislik, elektronika, materialşünaslıq və digər sahələrdə tətbiq imkanları, eləcə də gələcək inkişaf perspektivlərindən bəhs edib.

Təlim çərçivəsində iştirakçılar BDU-nun “Nanoaraşdırmalar” elmi-tədqiqat laboratoriyasına ekskursiya ediblər. Ekskursiya zamanı laboratoriyada aparılan elmi-tədqiqat işləri, istifadə olunan müasir texnoloji avadanlıqlar və elmi araşdırmaların mərhələləri haqqında ətraflı məlumat verilib.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026