BDU-da üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya

15/04/2025

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.

BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin əsas fəaliyyət istiqamətləri barəsində məlumat verib. Bildirib ki, Mərkəzin məqsədi tələbələrə karyera xəritələrinin hazırlanmasında dəstək olmaq, onları əmək bazarına yararlı yüksəkixtisaslı kadr kimi yetişdirmək, müxtəlif sahələr üzrə dövlət və özəl tərəfdaşlığını təmin etməkdir. “Maarifçi” tələbə-məzun təcrübə proqramı da tələbə və məzunlar üçün yaradılan belə şəraitlərdən biridir.

Elm və Təhsil Nazirliyinin əməkdaşları - Məktəbəqədər və ümumtəhsil şöbəsinin məsləhətçisi, “Maarifçi“ tələbə-məzun təcrübə proqramının icraçısı Tünzalə Vəliyeva, BDU məzunları, əvvəlki “Maarifçi” tələbə-məzun təcrübə proqramlarının qalibləri, Elm, ali və peşə təhsili şöbəsinin mütəxəssisi Arzu Gülməmmədova, Strateji planlaşdırma və təhlil şöbəsinin mütəxəssisi Cavid Bağırov, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi, II “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi Səma Əliyeva proqram ilə bağlı ətraflı məlumat veriblər.

4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçıların Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəyini deyən qonaqlar qeyd ediblər ki, bu proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar üçün nəzərdə tutulub.

Həmçinin bildirilib ki, qalib olan “Maarifçi”lər arasında BDU-nun tələbə-məzunları çoxluq təşkil edir.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/12/2025

BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim

BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim
11/12/2025

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10/12/2025