BDU-da neft tullantılarının təmizlənməsi üçün yeni metod hazırlanıb

18/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasında “Neft sənayesində tullantı sularının ekoloji effektli təmizlənməsi metodunun işlənməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda Ekoloji kimya kafedrasının doktorantı Nərmin Rəkidə eyniadlı məruzə edib.

Neft sənayesində texnoloji proseslər nəticəsində formalaşan istehsalat tullantı suları (İTS) mürəkkəb tərkiblidir. Dispersli sistemlər kolloid məhlula malik olduğundan həmin suların dərindən, 100%-ə qədər neft məhsulları tullantıları qarışığından (NMTQ) təmizlənməsi bu vaxta qədər həll olunmamış əsas ekoloji problemlərdən biridir. İlk dəfə olaraq istehsalat tullantı sularının mexaniki təmizləyici qurğularda xüsusi müəyyənləşdrilmiş miqdarda ekstragent kimi petroley efirindən, koaqulyant kimi Al2(SO4)3 duzunun 5%-li məhlulundan, floqulyant (bəzi hallarda həmçinin pH 9-10 olduqda neytrallaşdırıcı) kimi 5%-li H2SO4 turşusundan, tələb olunan hallarda neytrallaşdırıcı kimi 5%-li NaHCO3-dan istifadə edilməklə NMTQ-dən və asılı maddələrdən 100%-ə qədər tam dərindən təmizlənməsi üzrə ekoloji effektli metodika hazırlanıb. Həmin metodikadan istifadə etməklə neft sənayesində formalaşan istehsalat tullantı sularının digər mərhələlərdə fiziki-kimyəvi və bioloji təmizləyici metodlarla təmizlənməsinə ehtiyacın olmaması əsaslandırılıb. İşlənilmiş yeni metodikanın ekoloji və iqtisadi cəhətdən çox böyük əhəmiyyəti var.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026