BDU-da neylon/qrafen əsaslı nanokompozitlərin triboelektrik nanogeneratorlarına təsiri araşdırılır

30/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın kiçik elmi işçisi Orxan Güləhmədov  “Neylon/qrafen oksidi və neylon/qrafen əsaslı nanokompozit materialların triboelektrik nanogeneratorların (TENG) çıxış performansına təsiri" mövzusunda çıxış edib.

Məruzəçı bildirib ki,  həm neylon/qrafen, həm də neylon/GO nanokompozitləri təmiz neylonla müqayisədə TENG-lərin çıxış gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Qrafen bir qədər yüksək elektrik keçiriciliyi və yük ötürmə xassəsinə görə TENG-lərdə effektiv hesab edilir. GO isə daha yaxşı səth aktivliyinə və səthdə olan funksional qruplar hesabına əlavə üstünlüklər (elektromənfilik) təmin edir. Bu isə yekunda TENG-lərin çıxış parametrlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Həmçinin bildirilib ki, neylon/qrafen və neylon/qrafen oksidi əsaslı nanokompozitləri neylonun müsbət xüsusiyyətlərini doldurucuların müstəsna elektrik və mexaniki xassələri ilə birləşdirərək, TENG-lərin çıxış gücündə effektiv nəticələr nümayiş etdirir. Onların istifadəsi ilə daha səmərəli, davamlı və çoxyönlü TENG-lər əldə etmək olar ki, bu da portativ elektron cihazlar üçün enerji mənbəyi ola bilər.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026