BDU-da “İnformasiya cəmiyyəti və kitabxanalar” mövzusunda müzakirələr aparılıb

07/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “İnformasiya cəmiyyəti və kitabxanalar” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov mövzu ilə bağlı məruzə edib.

Məruzədə əvvəlcə “infomasiya”, “informasiya cəmiyyəti” anlayışları şərh olunub. Tarixi xronologiyaya əsaslanmaqla informasiya inqilabları, informasiya cəmiyyəti quruculuğu və bütün bu proseslərdə kitabxanaların rolu izah edilib. İnformasiya cəmiyyətinin reallığı kimi meydana çıxan rəqəmsal, virtual, elektron və ağıllı (smart) kitabxanalar haqqında elmi təhlillər aparılıb. Məruzəçi bildirib ki, ənənəvi kitabxana mühitindən rəqəmsal kitabxanaya gedən inkişaf yolu sənəd-informasiya resursları ilə informasiya-kommunikasiya texnologiyalarının qarşılıqlı əlaqəsinin intensiv yüksəlişinin təzahürüdür. Ona görə də informasiya cəmiyyətində kitabxanaların qarşısında duran əsas vəzifə kitabxana xidmətini müasir tələblərə uyğunlaşdırmaq, ənənəvi kitabxana xidmətini elektron xidmətlə əvəz etməkdir: “Bu, ənənəvi kitabxana xidmətindən tamamilə imtina etmək deyil. Bu addım informasiya cəmiyyətinin tələblərinə uyğunlaşmaq, informasiyanın təhlükəsizliyi və əlyetərliliyi baxımından olduqca vacibdir”.

Məruzədə həmçinin informasiya cəmiyyətinin kitabxanaları üçün peşəkar kadr hazırlığının tələbləri barədə məlumat verilib, bu istiqamətdə innovativ elmi paradiqmalar diqqətə çatdırılıb. Qlobal informasiya mühitinin formalaşması şəraitində sahə üzrə kadr hazırlığına verilən tələblər, əmək bazarının rəqabətədavamlı mütəxəssislərlə təminatı sahəsində qarşıda duran vəzifələr konseptual şəkildə izah olunub.

Eldəniz Məmmədov BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin bu prosesdəki tarixi təcrübəsi və ənənələrini xüsusi vurğulayıb. Tədqiqatda eyni zamanda beynəlxalq təcrübəyə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğunda kitabxanaların aparıcı rolu ilə bağlı müqayisəli təhlillər aparılıb, sahənin inkişafı ilə bağlı prioritetlər şərh olunub.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025