BDU-da “İnformasiya resurslarının təbliğində kitabxana saytlarının rolu” mövzusunda müzakirələr aparılıb

18/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “İnformasiya resurslarının təbliğində kitabxana saytlarının rolu” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Ləman Eyyubova mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə informasiya, resurs anlayışlarını şərh edib, informasiya texnologiyalarının inkişaf tarixinə nəzər salıb. Bildirib ki, XXI  əsrdə kitabxana işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ən mühüm mərhələyə gəlib çatıb: “Kitabxanaların fəaliyyətində yeni idearəetmə formalarının və innovativ yanaşmaların tətbiqi informasiya əsrinin əsas çağırışları hesab olunur.  Ona görə də müasir dövrdə kitabxana-informasiya fəaliyyəti sahəsində PR texnologiyalarından səmərəli istifadə günün mühüm tələbi kimi ortaya çıxır”.

Kitabxanların ictimaiyyətlə münasibətlərinin formalaşmasında, innovativ PR texnologiyalarının tətbiqində kitabxana saytlarının mühüm rola malik olduğunu qeyd edən tədqiqatçı vurğulayıb ki, bütün bunlar kitabxanaların xidmət səviyyəsinin təkmilləşməsi və eyni zamanda hazırlıqlı oxucu kütləsinin formalaşması ilə nəticələnir. Kitabxana saytlarının elektron resursların oxucuya çatdırılmasında ən yaxşı vasitə olduğunu qeyd edən məruzəçi qeyd edib ki, web saytlar oxucu ilə kitabxana arasındakı zaman və məkan maneəsini birmənalı olaraq aradan qaldırır.

Məruzəçi ölkə kitabxanalarının saytlarını tədqiqata cəlb edib, onlar arasında müqayisəli təhlillər aparıb, həmçinin bu sahədə mövcud olan beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıb.

Elmi seminar diskussiyalarla davam etdirilib.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025