BDU-da “Nizami dünyası” kompozisiyası nümayiş olunub

02/08/2021

Bakı Dövlət Universitetində (BDU) “ASAN Könüllüləri” Təşkilatı və “Mədəniyyət carçısı” proqramının birgə təşkilatçılığı, BDU-nun dəstəyi ilə “Nizami dünyası” kompozisiyası nümayiş olunub.  “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, qurumun aparat rəhbəri Fuad Qarayev, ASAN Könüllüləri Təşkilatının sədri Emiliya Bayramova, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev və digər struktur bölmələrinin rəhbərləri, ASAN könüllüləri və tələbələr iştirak ediblər.

Dahi Nizaminin “Xəmsə”si əsasında hazırlanmış kompozisiyanı ASAN  könüllüləri hazırlayıb. Kompozisiyada Nizaminin “Xəmsə”sində yer alan beş poemanın motivləri əsasında parlaq səhnələr təqdim olunur, müxtəlif rəqs nömrələri səhnələrə xüsusi rəng qatır.

Kompozisiya nümayiş olunduqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov,  BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, ASAN Könüllüləri Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlər və nümayiş olunan kompozisiya haqqında danışıblar. Ceyhun Salmanov çıxışında qeyd etmişdir ki, Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlamış, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş etmişdir. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir. “ASAN Könüllüləri” Təşkilatı və “Mədəniyyət carçısı” proqramının birgə təşkilatçılığı, BDU-nun dəstəyi ilə nümayiş olunan kompozisiyanı gənclərin Nizami ilinə töhfəsi olduğunu bildirib, yaradılan şəraitə görə BDU rəhbərliyinə təşəkkür edib.

Əliş Ağamirzəyev BDU-da “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da həyata keçirilən layihələr, tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər BDU-da 20-dən çox müxtəlif tədbir, konfrans, elmi seminar, dəyirmi masa və s. həyata keçirilib. Nümayiş olunan kompozisiyada rol alan tələbələri təbrik edib, onların səhnələrini yüksək qiymətləndirib.

Tamaşanın sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024