BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində elmi seminar keçirilib

24/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi” mövzusunda onlayn elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi Nizami irsinin müxtəlif aspektlərdən araşdırılması baxımından elm və təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyub. Bu baxımdan elmi seminarda müzakirə edilən mövzunun aktuallığını xüsusi vurğulayan natiq tədbirin işinə uğurlar arzulayıb.

Elmi seminarda Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi tədqiqat əsərləri barədə ətraflı bəhs olunub. Eyni zamanda, Nizami Gəncəvinin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi vurğulanıb. Söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı müdrik kəlamlar müəllifi olan Nizaminin bu mövzularla bağlı söylədiyi bir sıra fikirlər diqqətə çatdırılıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Professor Xəlil İsmayılov, dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Elçin Əhmədov, Sevda Xələfova, dosent Pərviz Kazımi və başqaları məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024