BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi keçirilib

30/01/2023

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci  təlimi keçirilib.

Layihənin rəhbəri Orxan Güləhmədov təlimin mövzuları, yerinə yetiriləcək praktiki işlərin yoxlanılma qaydalarını iştirakçıların diqqətinə çatdırıb. BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Faiq Paşayev, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Əfsanə Surxaylı çıxışlarında texniki biliklərin tətbiq sahələri və gələcək perspektivlərini qeyd edib,  gəncləri təlimlərdə aktiv iştirak etməyə çağırıblar. Kimya fakültəsinin IV kurs tələbəsi İsa İsayev tərsinə mühəndislik biliklərinin vacibliyi, elmin inkişafı nəticəsində yaranan texniki vasitələrin proqram təminatının mürəkkəbliyi və Arduino sistemlərinin unikallığı barədə fikirlərini bölüşüb.

Sonra layihənin təlimçisi Sara Rəhimzadə iştirakçılara layihələrin sensorlarla işlənilməsi, radar sisteminin sxeminin yığılması və proqramlaşdırılması, dezinfeksiya aparatı prototipinin hazırlanması qaydalarını izah edib, elektronikanın gündəlik həyatımıza təsiri, pilotsuz uçuş aparatları (PUA) haqqında ümumi məlumat verib.

Təlimin sonunda komandalar praktiki tapşırıqları yerinə yetiriblər.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026