BDU-da “İnnovativ Gənc Mühəndislər” layihəsinin seçim turları keçirilib

26/12/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olan "İnnovativ Gənc Mühəndislər" layihəsinin seçim turları keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Layihənin rəhbəri Orxan Güləhmədov iştirakçılara seçim turları, təlimlər və qaliblərin seçilməsi prinsipləri barədə ətraflı məlumat verib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov layihənin önəmini vurğulayıb. Qeyd edib ki, layihə gənclərin elmi-texniki biliklərini daha da inkişaf etdirəcək və gələcəkdə yaxşı mütəxəssis kimi yetişmələrinə zəmin yaradacaq.

Seçim turlarında iştirakçılara 27-si intellektual, 8-i isə elmi-texniki xarakterli olmaqla 4 variant, 35 sualdan ibarət test tapşırıqları təqdim olunub. Seçim turları 50-dən çox iştirakçı arasında bir saat ərzində həyata keçirilib və hər iki turun nəticələrinə əsasən, təlim mərhələsinə keçən 20 nəfər iştirakçının adı müəyyən edilib.

Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026