BDU-da “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib

24/05/2019

Bakı Dövlət Universitetində azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 98 illik yubileyinə həsr edilmiş “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib.

Giriş sözü ilə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tədbirin əhəmiyyətindən danışıb. Prorektor bildirib ki, Lütfi Zadənin şərəfinə universitetin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində hər il “Zadə Günü”nün keçirilməsi nəzərdə tutulub. O, Lütfi Zadənin 6 mühüm nəzəriyyəsinin elm və istehsalatda geniş şəkildə tətbiq olunmasından, elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin dünya elminə, texnika və texnologiyaya geniş nüfuz etməsindən bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov “Start-up ekosisteminin inkişafı”, Lütfi Zadə adına BMEA-nın vitse-prezidenti, BDU-nun İnformasiya və proqramlaşdırma kafedrasının baş müəllimi Fuad Qurbanov “İnnovativ proqram vasitələri və təhsil problemləri” adlı məruzələrlə çıxış ediblər.

Tədbir layihələrin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, konfrans çərçivəsində müsabiqədə qalib gəlmiş layihə müəlliflərinin mükafatlandırılması mərasimi olub.

Mətbuat və informasiya şöbəsi, 24 may 2019-cu il.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026