BDU-da Novruz bayramına həsr olunmuş “Xonça müsabiqəsi” keçirilib

18/03/2022

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunmuş “Xonça müsabiqəsi” keçirilib.

“Xonça müsabiqəsi”ndə Universitetin bütün fakültə və şöbələri iştirak edib.

BDU-nun rektoru kollektivi yenilik, oyanış bayramı olan Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, sülh arzulayıb. Universitetin bütün qurumlarının “Xonça müsabiqəsi”ndə aktiv iştirak etdiklərini bildirən rektor vurğulayıb ki, müsabiqədə çox maraqlı ideyalardan istifadə olunub.
Daha sonra qalibləri elan olunub.

Müsabiqə Komissiyasının qərarı ilə Protokol sektorunun xonçası I yerə, Tədrisin təşkili və idarəolunması Mərkəzi, Sosial elmlər və psixologiya fakültəsinin xonçaları II yerə,  İctimaiyyətlə əlaqələr və informasiya, İnsan resursları və hüquq şöbələrinin, Kitabxanaçılıq və informasiya, Filologiya, Tarix fakültələri və İqtisadiyyat və Humanitar Kollecin xonçaları III yerə layiq görülüb.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026