BDU-da “İnsan alveri ilə mübarizə” mövzusunda təlim
27/02/2026
Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi “İnsan alveri ilə mübarizə” mövzusunda təlim keçirib.
Mərkəzin əməkdaşı Fatimə Abışova insan alveri cinayətlərinin milli qanunvericilikdə və beynəlxalq sənədlərdəki tənzimlənmə formalarına aydınlıq gətirib. Təlimdə insan alverinin insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, adam oğurluğu, insan qaçaqmalçılığı ilə fərqi izah olunub. İnsan alveri qurbanlarının tora salınma üsullarından danışan təlimçi mövzu ilə bağlı statistik məlumatları da tələbələrin diqqətinə çatdırıb.
Təlim diskussiya formatında davam edib.



Xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
