BDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi

04/03/2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Elnarə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasında təhsil alan tələbələrə “İnsan alverinə qarşı mübarizə” mövzusunda ustad dərsi keçib. Dərs Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub.

Mərkəzin psixoloqu çıxışında tələbələrə insan alveri qurbanı anlayışı, Azərbaycanda və dünyada insan alverinə qarşı mübarizə tədbirləri barədə məlumat verib. İnsan alveri qurbanları ilə sosial işin təşkili, psixoloji müdaxilə proqramının mahiyyəti və mexanizmini izah edib.

Dərsdə bir sıra praktiki nümunələr təqdim edilib, tələbələrə insan alverinə qarşı mübarizənin çoxprofilli komanda ilə aparılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə hüquqi, psixoloji və sosial aspektlər mövcuddur. Azərbaycanda insan alveri qurbanları üçün mövcud olan sığınacaqlar, burada aparılan reabilitasiya və abilitasiya proqramları, görülən işlər və uğur hekayələri barədə məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026