BDU-da növbəti seminar

09/04/2013

Bu gün Sosial elmlər və psixologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Dövlət Universiteti nəzdində təsis edilən “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı Ümumrespublika seminarının növbəti toplantısı keçirilib. Seminar “Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi və XXI əsrin reallıqları” mövzusuna həsr edilib. Seminar iclasını giriş sözü ilə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, millət vəkili prof. Rəbiyyət Aslanova açıb. Sonra Azərbaycan Dövlət Neft Akademiyası İctimai fənlər kafedrasının müdiri prof. İmran Cəfərzadənin “Heydər Əliyevin dünyəvi dövlətçilik və idarəçilik məktəbi”, BDU Azərbaycan tarixi (humanitar fakültələr) kafedrasının dosenti Nuru Məmmədovun “Heydər Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsində xidmətləri”, Politologiya və sosiologiya kafedrasının dosenti Mehman Həsənovun “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi Azərbaycan respublikasının demokratik inkişafının əsasıdır” mövzusunda məruzələri dinlənilib. Tədbirdə dos. V.Orucova, dos. Q.Mürşüdlü və Texniki Universitetin kafedra müdiri E.Kərimov çıxış ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 09 aprel 2013-cü il


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026