BDU-da nəzəri fizika istiqamətində tədqiqatlar üzrə nəticələr əldə olunub

15/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru, fizika elmləri doktoru Azər Əhmədovun həmmüəllifi olduğu “Kleyin-Qordon tənliyinin sferik-simmetrik olmayan Eckart və rinq-şaped  potensiallarının cəmi üçün əlaqəli halda həlli” (Bound state solutions of the Klein–Gordon equation under a non-central potential: the Eckart plus a ring-shaped potential) adlı məqalə “The  European Physical Journal Plus” Q2 kateqoriyalı jurnalda dərc edilib (IF: 3.758).

https://doi.org/10.1140/epjp/s13360-023-03715-w

Məqalədə Kleyin-Fok-Qordon tənliyi kombinə edilmiş yeni mərkəzi olmayan Ekkart və rinq-şaped potensiallarının cəmi mərkəzdənqaçma potensialında yaranan sinqulyarlığı aradan qaldırmaqdan ötrü xüsusi yaxınlaşma və orbital kvant ədədinin ixtiyari qiymətləri üçün Nikiforov-Uvarov metodu tətbiq edilməklə analitik şəkildə həll olunub. Sistemin enerji spektri və məxsusi funksiyası üçün kompakt analitik ifadələr tapılıb.  Tapılmış  analitik ifadələrdən istifadə etməklə orbital kvant ədədinin müxtəlif qiymətləri üçün enerji spektrinin və məxsusi funksiyanın ekranlaşma parametrindən asılılıqları hesablanıb və analiz edilib. Bəzi xüsusi hallar araşdırılıb. Göstərilib ki, sistemin enerji spektri və məxsusi funksiyası radial, orbital, N kvant  ədədlərinin və  ekranlaşma  parametrinin seçilməsinə ciddi həssasdır.

Azər Əhmədovun həmmüəllifi olduğu digər “Mobius potensialının kvadratı və  ümumiləşmiş Yukava potensialının cəmi üçün Kleyn-Gordon tənliyinin əlaqəli və səpilmə hallarının relyativistik və qeyri-relyativistik termodinamik xüsisiyyətləri” (Relativistic and non-relativistic thermal properties with bound and scattering states of the Klein-Gordon equation for Mobius square plus generalized Yukawa potentials) adlı məqalə isə Q3 kateqoriyalı “Indian Journal of Physics jurnalında (IF: 1.778) dərc edilib.

https://doi.org/10.1007/s12648-023-02654-7

Relyativistik və qeyri-relyativistik kvant mexanikası çərçivəsində temperaturun və rəqs kvant ədədinin yuxarı sərhədinin Mobius potensialının kvadratı və  ümumiləşmiş Yukava potensialının cəmi üçün olan modelin termodinamik xüsisiyyətlərinə təsiri mərkəzəqaçma potensialına Greene-Aldrich yaxınlaşması tətbiq etməklə funksional Nikiforov-Uvarov metodu ilə tədqiq olunub. Həm relativistik, həm də qeyri-relyativistik hallar üçün enerji spektrini hesablamaqdan ötrü yığcam formada analitik ifadə tapılıb və bu ifadələr statistik cəm funksiyası və digər termodinamik xassələrin öyrənilməsi məqsədilə tətbiq edilib.

Azər Əhmədovun həmmüəllifi olduğu “Zamandan asılı Wei-Hua ossilyatoru üçün Feinberg-Horodecki tənliyinin kvantlanmış impulsun məxsusi halları və termodinamik xassələri” (Quantized momentum Eigenstates and thermodynamic properties of the Feinberg-Horodecki equation for the Time-Dependent Wei-Hua Oscillator) adlı məqalə isə Q3 kateqoriyalı “Canadian Journal of Physics” jurnalında (IF: 1.358) dərc edilib.

https://doi.org/10.1139/cjp-2022-0223

Məqalədə Feinberg-Horodecki tənliyinin zamandan asılı Wei-Hua potensialı üçün dəqiq həlləri tapılıb və bu potensialın fəza formasının müvəqqəti ekvivalenti yaradılıb. Həmçinin kvantlanmış impulsun məxsusi qiymətləri və onlara uyğun dalğa funksiyaları, impuls fəzasında sistemin cəm funksiyasının Z analitik ifadəsi tapılıb və ondan istifadə edərək digər termodinamik parametrlər, rəqs entropiyası S, Helmholts sərbəst enerjisi F, daxili enerjisi U, xüsusi istilik tutumu C öyrənilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024