BDU-da “Oksidləşdirici stress” mövzusunda elmi seminar keçirilib

23/04/2021

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib. Seminarda  Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, TEC-in elmi rəhbəri Çingiz Məmmədov, Biofizika və biokimya kafedrasının professoru Rövşən Xəlilov, fakültənin əməkdaşları  Aftandil Musayev,  Samirə Salayeva, Kəmalə Əsədova və TEC-in üzvləri iştirak ediblər.
Fakültənin III kurs tələbəsi Mələkxanım Mehrəliyeva “Oksidləşdirici stress” mövzusunda çıxış edib, mövzunun aktuallığından, oksidləşdirici stressdən, onun yaranma səbəblərindən, sərbəst radikallardan, yüksək stress altında yaranan xəstəliklərdən, antioksidantlardan bəhs edib. Bu sahədə aparılan elmi tədqiqat işləri, oksidləşdirici stressin yaranmasının biofiziki və biokimyəvi mexanizmləri və dünya alimləri tərəfindən əldə olunmuş nailiyyətlərin təcrübədə tətbiq sahələri barəsində məlumat verib.  
Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

 

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026