BDU-da “Optik qəfəsdə ikinci harmonikanın əks dalğası halında ardıcıl üçtezlikli qarşılıqlı təsir” mövzusunda onlayn elmi seminar

20/05/2021

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib. Seminarda Nəzəri fizika şöbəsinin elmi işçisi Gülnarə Səfərova “Optik qəfəsdə ikinci harmonikanın əks dalğası halında ardıcıl üçtezlikli qarşılıqlı təsir” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə optik superqəfəsin parametrlərinin hesablamasının daha dəqiq analitik metodu (üsülü) təklif edilməsindən bəhs edib. Bildirib ki, sabit intensivlik yaxınlaşmasında tezliyin ikiqat və üçqat artması ilə qeyri-xətti kvazisinxron proses təhlil edilib. Üçüncü harmonikaya çevrilmənin effektivliyi, kvazisinxronizmin müxtəlif tərtibləri üçün analitik olaraq hesablanıb. Qeyri-xətti əmsallarının nisbətinin optimal qiymətinin mövcud olması göstərilib.

Məruzəçi effektiv tezlik çeviriciləri üçün yeni perspektivli materiallardan optik qəfəsin qurulması üçün alınmış nəticələrin xüsusiyyətlərini izah edib.

Sonda Gülnarə Səfərova iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-da harmonik analizin aktual problemləri tədqiq edilir

BDU-da harmonik analizin aktual problemləri tədqiq edilir
02/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib
02/07/2025

BDU-nun 5 tələbəsi İƏT-in Gənclər Forumunda iştirak edir

BDU-nun 5 tələbəsi İƏT-in Gənclər Forumunda iştirak edir
02/07/2025