BDU-da "Ornitoloji problemlərin ekoloji aspektləri" mövzusunda dəyirmi masa

11/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində görkəmli alim Qara Mustafayevin anım gününə həsr edilmiş "Ornitoloji problemlərin ekoloji aspektləri" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada fakültə rəhbərliyi, Zoologiya və fiziologiya kafedrasının əməkdaşları, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər. Fakültənin dekanı, professor Afət Məmmədova ölkənin ən məşhur təbiətşünası, biologiya elmləri doktoru, professor Qara Mustafayevin biologiya elminə verdiyi töhfələr haqda danışıb, onun fəaliyyətinin gənc bioloqlara örnək olduğunu deyib.

Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev Qara Mustafayevin iştirakı ilə çəkilən “Təbiəti sevənlər” verilişindən fraqmentlər əsasında alimin həyat və fəaliyyəti barədə məlumat verib.

Daha sonra Azərbaycanda ornitologiyanın müasir vəziyyəti, ətraf mühit dəyişkənliklərinin quşların növ müxtəlifliyinə təsiri və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Dəyirmi masada Qara Mustafayevin yetirmələri Nərminə Sadıqova, Sevinc Hümbətova, Anar Məmmədov, Canbaxış Nəcəfov, Aftandil Musayev, Çingiz Məmmədov, Sevinc Məmmədova gənc doktorant və magistrantlar qarşısında ornitologiyanın müasir problemləri və ekoloji aspektləri barədə çıxışlar ediblər.

Kafedranın əməkdaşları həmçinin Qara Mustafayevin Kürdəmir rayonunun Dəyirmanlı kəndindəki məzarını ziyarət ediblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026